Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Azərkosmos peyk xidmət və həllərinə daima artan qlobal tələbatı qarşılamaq üçün 2010-cu ildə regionda ilk peyk operatoru kimi yaradılmışdır. Artıq on ildən çoxdur ki, tərəfdaşlarımıza peyklərimiz vasitəsilə telekommunikasiya və Yerin müşahidəsi xidmətlərini təqdim edir, bu sahədə sürətlə dəyişən tendensiyalara uyğunlaşmaq üçün davamlı olaraq yeni məhsul, xidmət və həllərin yaradılması üzərində işləyirik.
Hazırda Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq nəinki geniş spektrli xidmət və həllər təqdim edir, həm də texnoloji tərəqqiyə dəstək verir, kosmik sahədə beynəlxalq əməkdaşlığı təşviq edir, tədqiqat və inkişaf fəaliyyəti ilə məşğul olur, qlobal layihələrdə iştirak edirik.
Azərbaycanda innovativ kosmik ekosistemin inkişafında baş rol oynayaraq fəaliyyətimizi təkmilləşdirməyə, yeni xidmətlər və həllər təqdim etməyə, istedadlı kadrların yetişdirilməsinə diqqət yetiririk. Gələcək nəsillər üçün inkişaf etmiş və təhlükəsiz dünya yaratmaq niyyətindəyik və qlobal kosmik sənayenin aparıcı qüvvələrindən biri olmağı hədəfləyirik.