KOSMİK İRS

Azərbaycanın kosmik sənayesinin gənc olmasına baxmayaraq, ölkəmizdə kosmik fəaliyyətin tarixi XIII əsrə gedib çıxır.

1259

Marağa rəsədxanasının yaradılması

1959

Şamaxı Astrofizika Rəsədxanasının yaradılması

1973

24-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda uğurla keçirilməsi

2009

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi

2010

Azərbaycanın milli peyk operatoru Azərkosmosunㅤ 3 may tarixində təsis edilməsi

2013

Azerspace-1 telekommunikasiya peykinin 8 fevral tarixində orbitə buraxılması

2014

Yerin müşahidə peyki Azersky peykinin 30 iyun tarixində orbitə buraxılması

2018

Azerspace-2 telekommunikasiya peykinin 26 sentyabr tarixində orbitə buraxılması

2019

Beynəlxalq Astronavtika Federasiyasının Vaşinqtonda keçirilən Baş Assambleyasında Bakının Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanması

2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Kosmik Agentliyinin yaradılması

2023

Kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının Qanununun 4 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənməsi

2023

Bakının 74-cü Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etməsi