Bizim teleportumuz Azərbaycanın Bakı şəhərində yerləşir. Peyklər və fiber optik vasitəsilə siqnallar qəbul etmək imkanına malikdir. Yerüstü stansiyamız vasitəsilə xidmətlərinizi Ku-band və C-band ilə Avropa, Orta Şərq, Mərkəzi Asiya və Afrika regionlarına çatdıra bilərik.
Ən müasir və təhlükəsiz infrastrukturumuz tərəfdaşlarımızın avadanlıqlarının sərfəli kolokasiyası (birgə istifadəsi) üçün şərait yaradır.
Teleportumuz ötürmə siqnalları vasitəsilə məzmununuzun fasiləsiz çatdırılmasını və paylanmasını təmin edir.
Birbaşa Qəbul Stansiyamız istənilən istiqamətdə və 150 km nəzəri yüksəkliyə qədər enən istənilən trayektoriyanı izləyə bilən tam hərəkətli antenaya malik olub Yerin məsafədən müşahidəsi peyklərinə birbaşa çıxış təmin edərək lazımi məlumatları əldə edib emal etməyə imkan verir.
Telemetriya, izləmə və komanda göndərmə əməliyyatlarımız vasitəsilə operativ tənzimləməni təmin etmək üçün orbitdəki peyklər və yerüstü stansiyamız arasında ikitərəfli əlaqə saxlayırıq.
Biznes fəaliyyətlərinizin təhlükəsizliyi üçün biz yerüstü stansiyamızda bütün Teleport əməliyyatları üçün ehtiyat avadanlığı təqdim edirik.
Mütəxəssislərimiz Teleportumuzun təqdim etdiyi xidmətlərin quraşdırılması və istifadəsi ilə bağlı kömək və konsultasiya etməyə daima hazırdır.
Peşəkar komandamız hər zaman sizi maraqlandıran suallara və sorğularınıza cavab verməyə hazırdır.