Azconnexus nədir?
Azconnexus tərəfimizdən istifadəyə verilmiş genişzolaqlı peyk İnternet xidmətidir. Azconnexus peyk İnternetinin əsas üstünlüyü onun dünyanın ən ucqar yerlərində belə əlçatan olmasıdır.
Mövcud abunə paketləri hansılardır və qiymətləri nədir?
Abunə paketləri və qiymətlər sorğu əsasında təqdim olunur. Komandamız hər zaman sizə uyğun plan seçimində kömək etməyə hazırdır. Zəhmət olmasa geosales@azercosmos.az vasitəsilə əlaqə saxlayın.
Xidmətin quraşdırılması üçün nə qədər vaxt lazımdır?
Xidmətinizin quraşdırılması və aktivləşdirilməsi müddəti hər bir fərdi vəziyyətdən asılı olaraq dəyişə bilər. Suallarınızı geosales@azercosmos.az ünvanına ünvanlayın.
Modemin zəmanət şərtləri nədir?
Modemə istehsal qüsurlara qarşı bir illik zəmanət verilir. Bunlara fiziki ziyan və ya cihazın düzgün idarə edilməməsi nəticəsində yaranan zədələr daxil deyil.
Qəbuledici antennama dəyən ziyana görə məsuliyyəti Azərkosmos daşıyırmı?
İnternetə çıxış üçün təqdim edilən antennaya təbii fəlakətlər nəticəsində dəyən zədələr, müştəri müdaxiləsi və ya istifadəçilərin vurduğu ziyana görə Azərkosmos məsuliyyət daşımır. Avadanlıqların əvvəlcədən sığortalanmasını təmin etmək müştərinin məsuliyyətidir.
Köçürəmsə, nə etməliyəm?
Köçmədən ən azı iki həftə öncə bizə məlumat verməlisiniz. Bu, xidmətinizin yerdəyişməsini təşkil etmək, avadanlıqların yerdəyişməsində kömək etmək və antennanı düzgün yönəltmək üçün bizə kifayət qədər vaxt verəcək.