TEZ-TEZ VERİLƏN SUALLAR

Burada sizi ən çox maraqlandıran suallara cavab tapacaqsınız. Hər hansı əlavə sualınız yaranarsa, bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz.

Azconnexus

Azconnexus nədir?

Azconnexus tərəfimizdən istifadəyə verilmiş genişzolaqlı peyk İnternet xidmətidir. Azconnexus peyk İnternetinin əsas üstünlüyü onun dünyanın ən ucqar yerlərində belə əlçatan olmasıdır.

Mövcud abunə paketləri hansılardır və qiymətləri nədir?

Abunə paketləri və qiymətlər sorğu əsasında təqdim olunur. Komandamız hər zaman sizə uyğun plan seçimində kömək etməyə hazırdır. Zəhmət olmasa geosales@azercosmos.az vasitəsilə əlaqə saxlayın.

Xidmətin quraşdırılması üçün nə qədər vaxt lazımdır?

Xidmətinizin quraşdırılması və aktivləşdirilməsi müddəti hər bir fərdi vəziyyətdən asılı olaraq dəyişə bilər. Suallarınızı geosales@azercosmos.az ünvanına ünvanlayın.

Modemin zəmanət şərtləri nədir?

Modemə istehsal qüsurlara qarşı bir illik zəmanət verilir. Bunlara fiziki ziyan və ya cihazın düzgün idarə edilməməsi nəticəsində yaranan zədələr daxil deyil.

Qəbuledici antennama dəyən ziyana görə məsuliyyəti Azərkosmos daşıyırmı?

İnternetə çıxış üçün təqdim edilən antennaya təbii fəlakətlər nəticəsində dəyən zədələr, müştəri müdaxiləsi və ya istifadəçilərin vurduğu ziyana görə Azərkosmos məsuliyyət daşımır. Avadanlıqların əvvəlcədən sığortalanmasını təmin etmək müştərinin məsuliyyətidir.

Köçürəmsə, nə etməliyəm?

Köçmədən ən azı iki həftə öncə bizə məlumat verməlisiniz. Bu, xidmətinizin yerdəyişməsini təşkil etmək, avadanlıqların yerdəyişməsində kömək etmək və antennanı düzgün yönəltmək üçün bizə kifayət qədər vaxt verəcək.

Telekommunikasiya

Azərkosmos hansı telekommunikasiya xidmətləri göstərir?

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olaraq biz etibarlı peyk rabitə xidmət və həlləri təqdim edirik. Biz Avropa, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Afrikadakı tərəfdaşlarımıza yüksək keyfiyyətli video, data və teleport xidmət və həlləri təklif edirik.

Azərkosmosun neçə telekommunikasiya peyki var?

Bizim iki telekommunikasiya peykimiz var - Azerspace-1 və Azerspace-2.

Azerspace-1 və Azerspace-2 peykləri arasında fərq nədən ibarətdir?

Həm Azerspace-1, həm də Azerspace-2 telekommunikasiya peykləridir və televiziya və radio yayımı, data və genişzolaqlı xidmət və həlləri təklif edir. Onların fərqləri texniki göstəriciləri və faydalı yüklərindədir.

Azərkosmos hansı video xidmətləri göstərir?

Yayımçılar peyklərimiz vasitəsilə dünya üzrə milyonlarla insan auditoriyasına tez bir zamanda çata və geniş çeşiddə video xidmət və həllərindən, o cümlədən video göndərilməsi və yayımı, qısamüddətli yayım istifadəsi və digər xidmətlərdən yararlana bilər.

Azərkosmos telekommunikasiya peykləri hansı diapazonlarda peyk xidmətləri göstərir?

Azerspace-1 C və Ku diapazonlarında, Azerspace-2 isə Ku diapazonunda peyk xidmətləri göstərir.

Azərkosmos telekommunikasiya peyklərinin yayım şüaları hansılardır?

Telekommunikasiya peyklərimiz yer kürəsinin 1/3 hissəsini əhatə edir. Azerspace-1 şüalarına C diapazonu üzərindən Mərkəzi Asiya və Avropa şüaları, Afrika və Avropa şüaları, eləcə də Ku diapazonu üzərindən Avropa və Mərkəzi Asiya şüaları daxildir. Azerspace-2 şüaları isə Ku diapazonu üzərindən Avropa və Asiya, Pakistan və Əfqanıstan, Qərbi Afrika və Mərkəzi Afrika şüalarıdır.

Niyə mən Azərkosmos telekommunikasiya peykləri ilə yayımlanan kanalı görə bilmirəm?

Kanalların yayımı onların yerləşdiyiniz ölkədə mövcudluğundan asılıdır. Ölkənizdə yayımlanan kanalların siyahısını görmək üçün Kanal Siyahısı səhifəsinə daxil olun.

Kanalın BISS kodunu haradan tapa bilərəm?

Azərbaycan kanallarının BISS kodları üçün “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi ilə əlaqə saxlamağınız xahiş olunur. Digər kanalların BISS kodları üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Azərkosmos hansı data xidmətləri göstərir?

Azərkosmos müxtəlif data xidmət və həlləri təklif edir, bunlara genişzolaqlı xidmətlər, VSAT xidmətləri, peyk üzərindən IP, mobil şəbəkələrdə nəqletmə və digərləri daxildir.

Data xidmətlərinin tətbiq sahələri hansılardır?

Data xidmətlərimizin tətbiq sahələrinə aviasiya, dənizçilik, dövlət idarəetməsi, teletibb, təhsil/distant təhsil, sabit və mobil həllər və bir sıra digər sahələr daxildir.

Azərkosmos peyk İnternet xidmətlərini təklif edir?

Azərkosmos dünyanın müxtəlif yerlərində və istənilən vaxt istifadə edilə bilən fasiləsiz peyk İnterneti təmin edir. Data xidmətlərimizlə bağlı hər hansı sualınız olarsa, geosales@azercosmos.az vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Yerin müşahidəsi və CİS həlləri

Yerin məsafədən müşahidəsi üzrə hansı xidmət və həlləri təklif edirsiniz?

Peyk görüntülərini təqdim etməklə yanaşı, ortorektifikasiya, mozaika, radiometrik balanslaşdırma kimi xidmətlər, həmçinin dəyişikliklərin aşkarlanması, şəhərsalma, təbii ehtiyatların monitorinqi, neft dağılmalarının aşkarlanması və bu kimi sahələr üçün müxtəlif həllər təklif edirik.

Yerin məsafədən müşahidəsi üzrə xidmət və həllərinizin tətbiq sahələri hansılardır?

Xidmət və həllərimiz kənd təsərrüfatı, mülki və hərbi xəritəçəkmə, ətraf mühitin mühafizəsi, bitki və meşə təsərrüfatının monitorinqi, təbii ehtiyatların kəşfiyyatı, dəniz nəzarəti və s. kimi sahələrdə tətbiq oluna bilər.

Peyk təsvirlərini necə sifariş edə bilərəm?

Peyk görüntülərini sifariş etmək və ya müştəri dəstəyi nümayəndəsi ilə məsləhətləşmək istəyirsinizsə, imagesupport@azercosmos.az ilə əlaqə saxlayın.

File Transfer Protocol (FTP) nədir və ona necə qoşula bilərəm?

Təsvirləriniz istifadəyə hazır olduqdan sonra müştəri dəstəyi nümayəndəmizdən istifadəçi adı, parol və IP ünvanı alacaqsınız. Bunlardan istifadə edərək siz sifariş etdiyiniz şəkilləri açıb yükləyə biləcəksiniz.

Peyk təsvirlərini açmaq üçün hansı proqram təminatından istifadə etməliyəm?

Peyk təsvirləri ArcGIS, Global Mapper, ERDAS Imagine, ENVI və s. kimi proqram təminatı vasitəsilə açıla bilər. Bundan əlavə, peyk təsvirləri üçün nəzərdə tutulmuş alətlər ilə tanış deyilsinizsə, Adobe Photoshop tətbiqindən də istifadə edə bilərsiniz.

Peyk təsvirləri hansı formatda olur?

Peyk təsvirləri müştərinin istəyi ilə GeoTIFF, JPEG2000 və JPEG Regular formatlarında təqdim edilə bilər.

Azərkosmosun Birbaşa Qəbul Stansiyası nədir?

Birbaşa Qəbul Stansiyası qlobal peyk operatorlarına peyk məlumatlarını qəbul etmək üçün tələb olunan davamlı xidmətlər təqdim edir.

Birbaşa Qəbul Stansiyası hansı xidmətlər göstərir?

Birbaşa Qəbul Stansiyası peyklər ilə əlaqə saxlayıb məlumatları dərhal endirmək, onları emal etmək və son məhsulu təqdim etmək imkanını yaradır. Bizim Stansiya digər peyk operatorları tərəfindən keçid və ya dəqiqə əsasında da istifadə edilə bilər.

Yerüstü stansiya

Azərkosmos hansı Teleport xidmətlərini təklif edir?

Azərkosmos yüksək keyfiyyətli və təhlükəsiz teleport xidmətləri, o cümlədən xostinq və konsultasiya xidmətlərini təklif edir.

Azərkosmos dünyanın hansı bölgələrində Teleport xidmətləri göstərir?

Bakıda yerləşən teleportumuz və qlobal yerüstü şəbəkəmiz siqnalların qəbulu qabiliyyətini təmin edir və bununla da xidmətlərinizi Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikaya çatdıra bilər.

Azərkosmosun Yerüstü Stansiyasının xüsusiyyətləri nədir?

Yerüstü Stansiyamız müstəsna xidmət keyfiyyəti, ən müasir şəbəkə infrastrukturu, xüsusi monitorinq və təhlil, həmçinin təhlükəsiz əməliyyatlar təklif edir.

Yerüstü Stansiya harada yerləşir?

Yerüstü Stansiyamız Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Azərkosmos-un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində yerləşir.

Azərkosmos Teleportu nə qədər etibarlı və təhlükəsizdir?

Azərkosmos Teleportu regionda yeganə WTA (Tier 4) sertifikatlı teleportdur. Tier 4 sertifikatı texniki infrastrukturun və iş prosesinin demək olar ki, 100% etibarlılığına və təhlükəsizliyinə zəmanət verir və komandamızın yüksək peşəkarlıq səviyyəsini göstərir.